Modern.az

Fəhləlikdən direktorluğa yüksələn deputatın ad günüdür

Fəhləlikdən direktorluğa yüksələn deputatın ad günüdür

15 Yanvar 2011, 16:24

Bu gün Milli Məclisin yeni üzvlərindən olan, Gəncə Avtomobil zavodunun direktoru Xanlar Fətiyevin ad günüdür, onun 39 yaşı tamam olub. 

Modern.az-ın məlumatına görə, Xanlar Fətiyev 1972-ci ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Memarlıq və İnşaat Unversitetinin «İnşaat sənaye və mülki tikinti» fakültəsinə daxil olub və fakültənin tam kursunu bitirib. İş fəaliyyətinə 1988-ci ildə -ci ildə «Azərtransqaz» nəzdində 2№li səyyar mexanikləşdirilmiş kolonda fəhlə kimi başlayıb, 1990-91-ci illərdə «Betonçu» kooperativində iqtisadiyyat və istehsalat üzrə mühəndis, 1992-94-cü illərdə isə həmin kooperativdə sədr vəzifəsində işləyib.
1994-97-ci illərdə «Elruz» kiçik müəssisəsində sədr, 1997-2003-cü illərdə «Avestas» firmasının baş direktoru, 2003-2004-cü illərdə «Aznur» MMC-nin baş direktoru vəzifələrində çalışıb.
2004-cü ildən bu günə kimi Gəncə Avtomobil Zavodunun direktoru vəzifəsində işləyir.

2010-cu ildə keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən vahid partiya siyahısı üzrə 39 saylı Kəpəz I (Gəncə) Seçki Dairəsindən namizədliyi irəli sürülüb və mandat qazanıb. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvüdür.
Ailəlidir, iki uşağı var.
X.Fətiyev həm də Gəncə Regional Futbol Federasiyasının prezidentidir.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı