Modern.az

Qubalı deputat 57 seçicini qəbul edib

Qubalı deputat 57 seçicini qəbul edib

Parlament

17 Yanvar 2011, 11:41


Quba  rayonu 52  saylı  seçki  dairəsindən  Milli  Məclisə  deputat  seçilmiş  Vahid Əhmədov  son seçkilərdən sonra Quba  şəhərində  yerləşən  ofisində  seçiciləri  ilə ilk görüşünü keçirib, vətəndaşları qəbul edib. Bu barədə Modern.az-a deputatın köməkçisi Arif Orucov məlumat verib.

Deputatın qəbulunda 57 nəfər  rayon  sakini olub. Qəbul  zamanı  əsasən sosial  məsələlər, ev şəraitinin  yaxşılaşdırılması  və  əmək  mübahisələrinin  həlli, işsizliklə bağlı  problemlər  qaldırılıb. Bir  çox  məsələlər  yerindəcə  həll edilib, icrası nəzarətə  götürülüb. Həlli  vaxt  tələb  edən məsələlər  yazılı  şəkıldə  qəbul  edilib, aidiyyatı  təşkilatlara göndərilməsi  üçün  hazırlanıb.
Deputat köməkçisi bildirb ki, V.Əhmədovun seçicilərilə ən  azı  ayda  bir  qəbul günü planlaşdırılıb.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi