Modern.az

Prezident Laçına yeni ica başçısı təyin etdi - FOTO

Prezident Laçına yeni ica başçısı təyin etdi - FOTO

16 İyun 2016, 16:29

Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonuna yeni icra başçısı təyin edib.

Modern.az xəbər verir ki, sərəncamla Aqil Ağaxan oğlu Nəzərli Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Aqil Nəzərli bu təyinatadək Laçın rayonu İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsini tuturdu. O, 12 iyun 2009-cu il tarixdən bu günə kimi icra başçısının müavini vəzifəsində çalışırdı.

A.Nəzərli 10 mart 1976-cı il tarixdə Laçın rayonunun Güləbird kəndində anadan olub. Ali təhsillidir. Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını isə dövlət və bələdiyyə idarəetməsi ixtisası üxrə bitirib.

Yeni Azərbaycan Partiyasının Laçın rayon Təşkilatının sədridir.

Ailəlidir, iki övladı var.

Xatırladaq ki, bu il martın 3-də ölkə başçısı Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovu tutduğu vəzifədən azad etmişdi.

Aqil Nəzərli həmin vaxtdan müavin olmaqla yanaşı, həm də icra başçısının səlahiyyətlərini icra edirdi.



Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir