Modern.az

İTV “Eurovision” müsabiqəsinə görə 30 min 762 manat gəlir əldə edib

İTV “Eurovision” müsabiqəsinə görə 30 min 762 manat gəlir əldə edib

Mədəni̇yyət

17 Yanvar 2011, 19:58

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün təşkil etdiyi tamaşaçı səsverməsindən 2011-ci ilin yanvar ayınadək 30 min 762 manat gəlir əldə edib. (APA)

Bu barədə İctimai Teleradionun İctimaiyyətlə əlaqə və monitorinq şöbəsinin müdiri Tahir Məmmədov məlumat verib. T.Məmmədovun sözlərinə görə, bu məbləğ həmin proqramın bir günlük yayımının xərclərini belə ödəmir: “Burada bizim biznes marağımız yoxdur, sadəcə, istəyimiz auditoriyanın səsvermədə iştirakını təmin etməkdir. Hər kəs bir iddia ilə çıxış etməyə başladı. Bu eyhamlara cavab olaraq biz öz prinsiplərimizə sadiq olduğumuzu nümayiş etdirdik. Görəndə ki, hərə öz arşını ilə ölçür, biz də nümunə üçün öz meyarlarımızı xatırlatdıq”.

T. Məmmədov finala çıxan beş ifaçının adının həftəsonu açıqlanmamasına da aydınlıq gətirib: “Bir çoxlarının düşündüyündən fərqli olaraq bizim də qazancımız bax, budur. Bu, yeni metod deyil. Tamaşaçılar, jurnalistlər, bütün maraqlı tərəflər intizarla gözləyir və bu informasiyanı əldə etməyə çalışır. Məncə bir PR vasitəsi kimi pis işləmədi. “Carçı” proqramının bu gün saat 20:00-da efirə gedəcək buraxılışında finalçıların adları açıqlanacaq”.

Milli seçimlərin final konsertinin nə zaman keçiriləcəyinə gəlincə, şöbə müdiri qeyd edib ki, bu məsələ hələ müzakirə olunur və yaxın vaxtlarda tam dəqiqliyi ilə məlumat veriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi