Modern.az

Sevinc Çılğının imza günü keçiriləcək

Sevinc Çılğının imza günü keçiriləcək

Mədəni̇yyət

18 Yanvar 2011, 14:29

Şairə Sevinc Çılğının yeni nəşr olunan "Alaçarpa" şeirlər kitabının imza günü keçiriləcək. İmza günü 21 yanvar saat 16-00-da "Akademiya-Kitab" Mərkəzində (Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin birinci mərtəbəsi) baş tutacaq. Burada arzu edənlər "Alaçarpa" kitabını müəllifin öz imzası ilə əldə edə bilərlər.
Tədbirə yazarlar, oxucular və media təmsilçiləri dəvətlidir. Qeyd edək ki, "Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat - Poeziya" seriyasından nəşr olunan "Alaçarpa" kitabına müəllifin son illərdə yazdığı seçmə şeirlər daxil olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi