Modern.az

“Ermənistan öz işğalçılıq mövqeyindən əl çəkmir”- millət vəkili

“Ermənistan öz işğalçılıq mövqeyindən əl çəkmir”- millət vəkili

21 İyun 2016, 20:58

“Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın Sankt-Peterburq şəhərindəki görüşü ilə bağlı təşəbbüsü, əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yaxşı bir təşəbbüsdür”. Modern.az saytı xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev bildirib.

 

B.Əliyev qeyd edib ki, aprel hadisələri, Azərbaycan Ordusunun mühüm uğuru Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni vəziyyətin yaranmasına gətirib çıxardı: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət artıq dəyişib. Azərbaycan öz haqlı mövqeyini dünyaya nümayiş etdirdi və demək olar ki, dünya ictimaiyyəti Azərbaycanın haqlı mövqeyinə dəstək verdi. Belə bir nəticəyə gəlmək olar ki, dünya ictimaiyyəti Azərbaycana bu haqq işini davam etdirməyi tövsiyə edir”.

 

Millət vəkili bildirib ki, yeni reallıq Azərbaycan Prezidentinin münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli istiqamətində həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir.

 

B.Əliyev vurğulayb ki, yeni vəziyyətdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub saxlamaq mümkün deyil.

 

O əlavə edib ki, münaqişənin həlli ilə bağlı Ermənistana təzyiq göstərilməlidir: “Ermənistan öz işğalçılıq mövqeyindən əl çəkmir, qeyri-konstruktiv mövqe nümayiş etdirir. Ermənistana layiq olduğu təzyiq göstərilməlidir. Bu halda hər hansı bir nəticə əldə etmək olar. Qalan ümid isə yalnız Azərbaycan Prezidenti, Azərbaycan xalqı və Ordusudur”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir