Modern.az

Bakıda iş adamının qətlə yetirilməsinin sifarişçiləri bəlli olub

Bakıda iş adamının qətlə yetirilməsinin sifarişçiləri bəlli olub

27 Oktyabr 2009, 17:06

Daxili İşlər Nazirliyi qətlə yetirilmiş iş adamı ilə bağlı rəsmi məlumat yayıb. Modern.az nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 25-də saat 21.00 radələrində Sabunçu rayonunun Balaxanı qəsəbəsində yanmış halda olan “Azsamand” markalı avtomobildə, onun sahibi, Bakı şəhər sakini Xanbəyi Zamanovun tam yanmış skeleti aşkar edilib.
Sabunçu Rayon Polis Şöbəsi 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin Nadir Nağıyevin sifarişi ilə Kəlbəcər rayon sakini Neymət Abdullayev və Ucar rayon sakini Samirə Əzimova tərəfindən odlu silahdan atəş açma yolu ilə törədilməsi müəyyən edilib.
N.Nağıyev, N.Abdullayev və S.Əzimova tutulub. N.Abdullayevdən 1 ədəd “Naqan”, 1 ədəd “Makarov” tipli tapança, 11 ədəd güllə və 3 ədəd giliz götürülüb. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Qeyd edək ki, qətlə yetitlən Xanbəyi Zamanov iş adamı kimi tanınır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir