Modern.az

Türkiyənin /8 finala çıxmaq ŞANSI - Hər şey bugünkü 3 oyundan asılıdır

Türkiyənin /8 finala çıxmaq ŞANSI - Hər şey bugünkü 3 oyundan asılıdır

22 İyun 2016, 11:15

“Avro-2016”nın D qrupundakı son oyunda  Çexiyaya 2:0 hesabı ilə qalib gələn Türkiyə millisi 1/8 finala vəsiqə şansını artırıb.

Modern.az saytı xəbər verir ki, 1/8 finala vəsiqə qazanmaq üçün Türkiyə qruplarda 3-cü yeri tutan ən yaxşı 4 komandadan biri olmalıdır.

Belədə ən yaxşı 3-cülərdən biri olmaq Türkiyənin öz əlində deyil. İndi diqqətlər bu gün E və F qruplarında keçiriləcək oyunlara yönəlib. "Ay-ulduzlular"ın 1/8 finala adlayıb-adlamayacağı bu gün baş tutacaq 3 oyundan asılıdır.

Bakı vaxtı ilə saat 20.00-da başlayacaq F qrupunun Macarıstan - Portuqaliya oyunu bu baxımdan Türkiyə üçün çox önəmlidi. 4 xalı olan macarlar 2 xalı olan portuqaliyalıları məğlub etməlidir ki, Türkiyə 3-cü yeri tutan ən yaxşı 4 komandadan biri olsun.

Bu baş verməsə, hər şey E qrupundakı oyunlardan asılı olacaq. Bu qrupda 1 xalı olan İrlandiya İtaliyanı, İsveç isə Belçikanı məğlub edə bilməsə, Türkiyə 1/8 finala çıxacaq.

Əgər Türkiyə 1/8 finala çıxa bilsə, çox günam ki rəqibi Uels yığması olcaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır