Modern.az

Peterburqda azərbaycanlı qatili belə döydülər -  VİDEO

Peterburqda azərbaycanlı qatili belə döydülər -  VİDEO

Aktual

22 İyun 2016, 11:34

Sankt-Peterburq şəhərindəki tərəvəz bazarlarından birində baş verən silahlı insidentlə bağlı xəbərlər gəlməkdə davam edir.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmyerlisi tərəfindən qətlə yetirilən 43 yaşlı Maarif İsmayılov meyvə-tərəvəz obyektlərini icarəyə verməklə məşğul olub.

 

Qatil, 27 yaşlı Emil Hüseynov Peterburqun Oktyabrsk rayon məhkəməsinə gətirilən zaman hadisənin şəxsi münasibətlər zəmnində baş verdiyini demişdi.

 

“Tutduğum əmələ görə peşmançılıq çəkirəm”. Bundan artıq söz deməyən Hüseynovun Rusiya vətəndaşlığına malik olduğu bildirilir.

 

Lakin bazarda çalışan şəxslər azərbaycanlının 10 milyon rubl qarşılığında həmyerlisini qətlə yetirdiyini iddia edirlər.

 

Məhz bu səbəbdən onlar tərəvəz bazasının ərazisində Emil Hüseynovu döyərək ona qapalı kəllə-beyin travması yetiriblər.

 

 Emil Hüseynov Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasının məzunudur.

 

Bir neçə il Kirov rayonunda sahə müvəkkili kimi çalışan azərbaycanlı sonralar Peterburqdakı Azərbaycan konsulluğuna müəmmalı səfərindən sonra işsiz qalmışdı.

 

Vüqar İsmayılov

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü