Modern.az

Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayı - RƏQƏM

Azərbaycanda şəkər xəstəsi olan uşaqların sayı - RƏQƏM

22 İyun 2016, 11:35

 

"Hazırda Respublika Endokrinoloji Mərkəzində 512 nəfər şəkərli diabet xəstəsi olan uşaq dispanser qeydiyyatındadır.

 

Onlar insulin analoqları, qlükometr ve test çubuqları ilə daim tam təmin olunur.  90 nəfər uşaq REM tərəfindən insulin pompaları və onların ləvazimatları ilə təmin edilib".

 

Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzin direktoru Yusif İsmizadə deyib.

 

O bildirib ki, həyata keçirilən işlər çərçivəsində 45 154 nəfər şəkərli diabet xəstəsi qlükometrlə təmin olunub, 14 397 nəfər şəkərli diabet xəstəsinə insulin terapiyası xidməti təqdim edilir:

 

"Bundan başqa, Bakı şəhəri poliklinikalarında və bölgələrdə "diabet pəncəsi" xidmətinin yaradılmasına dair hazırlıq işləri aparılır".

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür