Modern.az

Son 3 ayda zərərsizləşdirilən minaların sayı AÇIQLANDI

Son 3 ayda zərərsizləşdirilən minaların sayı AÇIQLANDI

Aktual

22 İyun 2016, 17:44

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) iyunun 22-də Agentlik tərəfindən Füzuli və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabtı açıqlayıb.

 

Hesabatda bildirilib ki, ümumilikdə Agentlik tərəfindən 7 aprel – 22 iyun arasında Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 24 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 544 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

 

Tərtər rayonu Cəmilli kəndində 1 fermada 5 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisinin partladıcısı) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 7 500 kv. m ərazi yoxlanılıb.

Cəmi: 1 ferma, 5 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisinin partladıcısı) aşkar edilib, nəticə etibarı ilə 7 500 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonu Horadiz kəndində 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 3 170 kv.m ərazi yoxlanılıb.

Cəmi: 4 əkin sahəsi, 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 3 170 kv.m ərazi yoxlanılıb.

 

İyunun 22-də 1 ferma, 4 əkin sahəsi, 9 partlayış yeri, 2 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisinin partladıcısı) aşkar olunaraq götürülüb və gün ərzində 10 670 kv. m ərazi təmizlənib.

 

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı