Modern.az

Azərbaycan,  Gürcüstan və Türkiyənin müdafiə nazirləri yenidən görüşəcək

Azərbaycan,  Gürcüstan   və Türkiyənin müdafiə nazirləri yenidən görüşəcək

22 İyun 2016, 20:41

“Gürcüstan, Azərbaycan və Türkiyənin müdafiə nazirləri yenidən görüşəcəklər. Növbəti görüş iyulun sonu avqustun əvvəlində Gürcüstanın Batumi şəhərində kemiriləcək”. Modern.az saytının məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli açıqlama verib.

Nazir çıxışında bundan əvvəl Qəbələdə keçirilən görüşü xatırladıb: "Biz daha əvvəl Qəbələ şəhərində görüşmüşük. Hazırda üç ölkənin nazirlikləri memorandum üzərində işləyir. İmzalanma bu görüşdə baş tuta bilər. Türkiyənin müdafiə naziri dəyişdiyi üçün bizim bir görüşümüz təxirə düşdü. Biz iyulun başlanğıcında onu keçirməyi planlaşdırırdıq. Ancaq həmin görüş iyulun sonu avqustun əvvəlində Batumi də keçiriləcək. Biz bütün məsələlərin birgə həlli üçün səyləri birləşdiririk”.

Qeyd edək ki, mayın 15-də Qəbələdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.

Görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir