Modern.az

Pensiyaya çıxmağın yaş həddi artırıldı

Pensiyaya çıxmağın yaş həddi artırıldı

27 Oktyabr 2009, 17:20

Oktyabrın 27-də Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsini müzakirə edib. Modern.az xəbər verir ki, müzakirələrdən sonra qanuna əlavə və dəyişikliklər 104 səs lehinə, 2 səs əleyhinə olmaqla qəbul edilib.
Əlavə və dəyişikliklərdən sonra yeniləşmiş qanunda çoxuşaqlı anaların pensiyaya çıxması üçün imtiyazlar ləğv edilib. Əvvələr üç və daha çox uşağı olan analar pensiyaya çıxanda hər uşağa görə bir il güzəşt alırdı. Başqa dəyişikliyə əsasən, çoxuşaqlı anaların pensiyaya çıxması üçün əmək stajı beş ildən on iki ilə kimi artırılıb. Qadınların və kişilərin pensiyaya çıxma yaşı isə müvafiq olaraq 60 və 63 yaşa qaldırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi