Modern.az

“Səs” qəzeti 1 orden, 2 medal aldı, 2 əməkdaş “əməkdar jurnalist” oldı

“Səs” qəzeti 1 orden, 2  medal aldı, 2 əməkdaş “əməkdar jurnalist” oldı

Media

18 Yanvar 2011, 20:39

“Səs” qəzetinin 20 yaşı tamam olub. Bununla əlaqadar Azərbaycan prezidenti İlham Əliyev milli mətbuatın inkişafındakı xidmətlərinə görə  “Səs” qəzetinin əməkdaşlarına  “Əməkdar jurnalist” fəxri adının verilməsi və “Tərəqqi” medalı ilə təltif olunması haqqında sərəncamlar imzalayıb.

Modern.az  xəbər verir ki, qəzetin əməkdaşları Zümrüd Bayramova və Valeh Məhərrəmov “əməkdar jurnlist” adı alıb.  Fətulla Həsənov və Rəfiqə Hüseynova “Tərəqqi” medalı ilə təltif olunub. 

Bununla yanaşı prezidentin digər sərəncamı  ilə “Səs” qəzetinin keçmiş baş redaktoru

Ağabəy  Əsgərov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif  edilib.

Azərbaycan prezidenti bu gün həmçinin “Səs” qəzetinin fəaliyyətə başlamasının 20 illik yubileyi münasibətilə qəzetin kollektivinə təbrik məktubu göndərib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür