Modern.az

Sərxoş sürücü iki nəfərin ölümünə səbəb olub

Sərxoş sürücü iki nəfərin ölümünə səbəb olub

23 İyun 2016, 21:10

Ucarda baş verən  yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.  Modern.az saytı xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə nəticəsində rayonun Bərşad kənd sakinləri, 59 yaşlı Soltanəli Ağəli oğlu İbrahimov, 58 yaşlı Zakir Bəşir oğlu Bəşirov hadisə yerində ölüb. 51 yaşlı Faxrədin Fəzail oğlu Abbasov və 55 yaşlı Şakir Bəşir oğlu Bəşirov isə xəsarət alıb.

Hadisəyə səbəb sürücünün içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi olub.

Qeyd edək ki, hadisə bu gün Ucar Rayonunun Türkəci kəndində qeydə alınıb. Zakir Bəşirov içkili vəziyyətdə idarə etdiyi 34 BA 013 dövlət nömrə nişanlı  VAZ-2107 markalı minik maşınını yoldan   çıxararaq  ağaca çırpıb. Nəticədə, 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?