Modern.az

TQDK gözdən əlil abituriyentlərlə bağlı qaydaları AÇIQLADI

TQDK gözdən əlil abituriyentlərlə bağlı qaydaları AÇIQLADI

24 İyun 2016, 09:28

“Gözdən əlil abituriyentlərə imtahan zamanı kömək etmək üçün əlavə bir otaqda nəzarətçilər ayrılır. Həmin nəzarətçilər sualların oxunmasında və cavabların kodlaşdırılmasında gözdən əlil abituriyentlərə kömək edir”.

Bu sözləri Modern.az saytına açıqlamasında Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının (TQDK) aparıcısı məsləhətçisiXanlar Xanlarzadə deyib.

Komissiya rəsmisi bildirib ki, 2-ci qrup gözdən əlil abituriyentlər qəbul komissiyasına bununla bağlı arayış təqdim etməlidirlər:

Gözdən 2-ci qrup əlil olanlar tibbi komissiya baxışından sonra onun xəstəlik diaqnozunu təsdiq edən sənədi bizə, TQDK-ya təqdim etməlidirlər.
Həkim komissiyasının qərarı ilə ona nəzarətçi lazım olub-olmadığı müəyyən edilir. Əgər qərar verilsə, 2-ci qrup gözdən əlillər köməkçi-nəzarətçilərlə təmin edilirlər”.

Xanlar Xanlarzadə deyib ki, 2-ci qrup gözdən əlil abituriyentlərə imtahanda 3 saat yox, 4 saat vaxt verilir.

TQDK rəsmisi gözdən əlil abitiryentlərə nəzarətçi-köməkçilərin necə yardım etdiyini də açıqlayıb:

“2-ci qrup gözdən əlil abituriyentlərə digər sağlam abituriyentlərdən fərqli olaraq 1 saat artıq vaxt verilir. Yəni sağlam abituriyentlər 3 saat ərzində sualları cavablandırırsa, gözdən əlillərı 4 saat vaxt verilir.
Nəzarətçi sualı, sualın şərtini və cavab variantlarını oxuyur və gözdən əlil olan abituriyent eşitdiyi sualın və cavab variantlarına uyğun düzgün hesab etdiyi variantı köməkçiyə deyir. Nəzarətçi-köməkçi də həmin deyilən variantı cavab kartına kodlaşdırır.
Bu il gözdən əlillər arasında imtahan verən olsa, eyni qaydada hər il olduğu kimi nəzarətçi-köməkçilər həmin abituriyentlərə yardım edəcəklər.

Hər bir gözdən əlil abituriyentlər tək, fərdi şəkildə otaqda yerləşdirilir. Gözdən əlillərə təyin olunan nəzarətçi-köməkçilər qeyri-ixtisas müəllimləri olurlar. Bu imtahanlarda da təbii ki, şəffaflıq tam təmin olunur”.

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır