Modern.az

“Böyük Britaniya Putinin dəyirmanına su tökdü”

“Böyük Britaniya Putinin dəyirmanına su tökdü”

24 İyun 2016, 10:37

Böyük Britaniyanın Avropa İttifaqından çıxması beynəlxalq gündəmin əsas mövzusuna çevrilib.

 

BBC-nin məlumatına görə, Böyük Britaniyadakı referendumda 46 milyon 501 min 241 seçicinin 72 faizi səsvermədə iştirak edib. 

 

Referendumda iştirak edən seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faiz isə qalmasına səs verib.

 

Politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyanın addımı təəccüb doğurur. O, Rusiyanın bundan sevinəcəyini də qeyd edib.

 

“İngilislər bununla özlərinə çox böyük zərbə vurdular. Onlar Rusiyanın dəyirmanına su tökdülər. Rusiya prezidenti Vladimir Putin çox istəyirdi ki, Avropa İttifaqını içəridən parçalasın. Buna qismən nail oldu.

 

Məsələ burasındadır ki, bundan Rusiya qazansa da, Böyük Britaniya itirəcək. Referendumun nəticələri bumeranq effekti verəcək. İqtisadiyyat zəifləyəcək. Böyük Brtitaniya bir dövlət kimi də gücünü itirəcək”.

 

Ekspertin sözlərinə görə, Böyük Britaniyanın addımı Avropa İttifaqına çox böyük mənfi təsir etməyəcək.

 

“Düzdür, Avropa İttifaqı müəyyən şeylərdən məhrum olacaq. Amma Böyük Britaniyanın yerinə Ukrayna, Gürcüstan Avropa Birliyinə üzv seçilə bilər”.

 

Aqşin KƏRİMOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?