Modern.az

Nazirlər Kabineti polislərlə bağlı yeni qərar VERDİ

Nazirlər Kabineti polislərlə bağlı yeni qərar VERDİ

Hadisə

25 İyun 2016, 10:46

Azərbaycan Nazirlər Kabineti “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

 

Modern.az saytının məlumatına görə, dəyişikliyə əsasən, “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli 73 nömrəli qərarının 1.5-ci bəndi ləğv edilib.

 

Qeyd edək ki, 1.5-ci bənd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının (“ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülməsini nəzərdə tuturdu.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi