Modern.az

"Gənc istedadlar” liseyinə qəbul imtahanı keçirildi - FOTOLAR

"Gənc istedadlar” liseyinə qəbul imtahanı keçirildi - FOTOLAR

25 İyun 2016, 13:34

Bakı Dövlət Universitetinin “Gənc istedadlar” liseyinə 5-ci sinif üzrə növbəti qəbul imtahanı keçirilib. Liseydə təhsil almaq üçün 578 şagird Azərbaycan, 175 şagird isə rus bölməsində test üsulu imtahan verib.

 

Modern.az xəbər verir ki, BDU-nun rektoru, akademik Abel Məhərrəmov, elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə, liseyin müəllim heyəti imtahan prosesi ilə maraqlanıblar. Qeyd edilib ki, hazırda liseydə 580 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 75 müəllim məşğul olur ki, onların da 23 nəfəri BDU-nun elmi dərəcəsi olan müəllimləridir. Qəbul imtahanına gələn valideynlərlə görüşən rektor onları maraqlandıran sualları cavablandırıb.

 

“Gənc istedadlar” liseyinin 2007-ci ildə yarandığını və 7 buraxılışı olduğunu qeyd edən rektor liseyin 234 məzununun hamısının yerli və xarici ali məktəblərə daxil olduğunu bildirib. O da məlum olub ki, məzunlardan 5 nəfəri Prezident təqaüdünə, 16 nəfəri qızıl medala layiq görülüb. TQDK-nın statistik məlumatına görə, qəbul imtahanlarında lisey məzunları həmişə yüksək göstəricilərə nail olublar.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı