Modern.az

Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu - FOTOLAR

Füzulidə Silahlı Qüvvələr Günü qeyd olundu - FOTOLAR

25 İyun 2016, 14:40

Horadiz şəhərindəki Muğam Mərkəzində 26 iyun – Silahlı Qüvvələr Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin yüksək rütbəli generalı, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, hərbçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib.
Alı Alıyev Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

“Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Cənab İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilmiş və hər an düşmənə layiqli cavab vermək əzmindədir. Biz bunun aprelin əvvəllərində düçmən təxribatının qarşısını alarkən ordumuzun timsalında bir daha şahidi olduq“.
 

Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Azər Quliyev, Qarabağ müharibəsi veteran, Azərbaycan bayrağı ordenli Sevindik İsmayılov və digərləri çıxış edərək ordu quruculuğu sahəsində görülən işlərdən danışıblar.

Çıxışçılarişğal altındakı ərazilərimizin tezliklə yağı düşməndən azad ediləcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliklərini ifadə ediblər.

Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.


Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi