Modern.az

İtaliyanın “RAI” kanalı Azərbaycandan reportaj hazırlayıb

İtaliyanın “RAI” kanalı Azərbaycandan reportaj hazırlayıb

25 İyun 2016, 15:31

İtaliyanın nüfuzlu “RAI 1” telekanalı  “Formula-1” final yarışmasının canlı yayımı çərçivəsində Azərbaycanın italiya turistləri üçün yeni turizm istiqaməti kimi təşviqi ilə əlaqədar reportajlar yayımlayıb.

 

 

Modern.az Azərbaycanın İtaliyadakı səfirliyinə isitnadən xəbər verir ki, reportajlarda ölkəmizin tarixi-mədəni irsi, xalçaçılıq ənənələri, habelə Bakı şəhərinin memarlığı, şəhərin görməli yerləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Alov Qüllələri barədə məlumatlar verilib.

 

 

Bundan əlavə, məlumatlarda habelə Azərbayanın neft sənayesi tarixi, ölkəmizin son illərdəki inkişafı, beynəlxalq idman tədbirlərinin təşkilatçısı olmasından da söhbət açılıb.

 

 

Eləcə də, canlı yayım vaxtı Azərbaycanın milli musiqi alətləri və muğam musiqi sənəti barədə təqdim edilmiş ayrıca reportajda Azərbaycan Respublikasının əməkdar artisti Fehruz Məmmədov və “Qarabağ” xalq çalğı alətləri ansamblının musiqi rəhbəri, əməkdar artist Əliağa Sədiyev və kaman ustası Xəyyam Məmmədovun ifasında Azərbaycan muğam kompozisiyası səsləndirilib.

 

 

Modern.az

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir