Modern.az

Qanunsuz siqaret alveri ilə məşğul olan şəxslər saxlanıldı

Qanunsuz siqaret alveri ilə məşğul olan şəxslər saxlanıldı

Aktual

25 İyun 2016, 17:02

Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Bu haqda Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.

 

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Qazax rayon sakinlərinə məxsus 2 avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan, ümumilikdə 10 400 ədəd siqaret aşkar olunaraq götürülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!