Modern.az

"Avro-2016": Bu gün 1/8 finalın daha 3 oyunu olacaq

"Avro-2016": Bu gün 1/8 finalın daha 3 oyunu olacaq

26 İyun 2016, 10:01

"Avro-2016"da 1/8 final mərhələsinin oyunları keçirilir.  

Modern.az-ın məlumatına görə, dünən ilk oyun günündə 3 qarşılaşma keçirilib.

Polşa - İsveçrə  oyununda penaltilər hesabına qələbə qazanan Polşa (5:4) 1/4 finala yüksəlib. 

Britaniya derbisində Uels və Şimali İrlandiya yığmaları üz-üzə gəlib. Bu matçın taleyini bir qol həll edib. 75-ci dəqiqədə vurulan qol Uelsi 1/4 finala yüksəlib - 1:0.

Xorvatiya və Portuqaliya arasındakı matçın əsas vaxtında qapılara qol vurulmadığından əlavə vaxta ehtiyac duyulub. Kriştiano Ronaldonun kapitan olduğu Portuqliya yığması 116-cı dəqiqədə rəqib qapısına yol tapıb və görüş onların qələbəsi ilə başa çatıb - 1:0. Beləliklə, Polşa, Uels və Portuqaliya millisi 1/4 finala yüksəlib.

Qeyd edək ki, Polşa və Portuqaliya milliləri 1/4 finalda qarşılaşacaq.

Bu gün Avropa Çempionatında 1/8 final mərhələsinin daha 3 oyunu keçiriləcək.

Günün ilk görüşündə ev sahibi Fransa İrlandiya ilə üz-üzə gələcək.

İkinci matçda isə Almaniya Sovakiya ilə qarşılaşaacq. Macarıstan - Belçika oyunu günün son oyunu olacaq.  

17:00. Fransa - İrlandiya

20:00. Almaniya - Slovakiya

23:00. Macarıstan – Belçika


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir