Modern.az

Papa Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir

Papa Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir

26 İyun 2016, 20:11

Bu günlərdə Ermənistanda səfərdə olan Roma papası Fransisk Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid etdiyini bildirib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, İrəvanda Roma papası ilə erməni katalikos II Qaregin arasında birgə bəyannamə imzalanıb. Bəyannamədə bildirilir ki, dini fərqliliyə hörmət müxtəlif etnik və dini icmaların bir yerdə dinc şəraitdə yaşaması üçün zəruri şərtdir: “Biz xristianlar olaraq, sülh və barışıq yollarını axtarmaq və onları reallaşdırmağa yönəliyik. Biz bu mənadə ümid edirik ki, Dağlıq Qarabağla bağlı bütün məsələlər sülh yolu ilə həll olunacaq".

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub