Avropa çempionatının 1/8 final matçında bu gün keçirilən daha bir oyun yekunlaşıb. Modern.az saytı xəbər verir ki, bu dəfə Fransa doğma divarlar arasında İrlandiyanı qəbul edib.
Lionda keçirilən görüşdə Fransa 2:1 hesabı qələbəsi ilə başa çatıb.
Oyunda ilk qolu İrlandiya vurub. İrlandiyanın oyunçusu Robbi Bredi matçın 3-cü dəqiqəsində komandasını hesabda irəli çıxarəb. Bu qol həm də Fransada keçirilən çempionatda vurulan ikinci ilkin qol olub.
İkinci hissənin 58-ci dəqiqəsində isə fransalılar hesabı bərabərləşdirib. Antuan Qrizmanın 61-ci dəqiqədə vurduğu ikinci qol həm də komandasını növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, Fransa yığması iyulun 3-də keçiriləcək ¼ final oyununda İngiltərə və İslandiya cütünün qalibi ilə qarşılaşacaq.
Modern.az