Modern.az

Voleybol komandamız Avropa Liqasının finalına vəsiqə qazanıb

Voleybol komandamız Avropa Liqasının finalına vəsiqə qazanıb

Aktual

26 İyun 2016, 21:15

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Avropa Liqasının finalına vəsiqə qazanıb. Modern.az saytı xəbər verir ki, ilk matçda olduğu kimi, cavab qarşılaşmasında da millimiz qələbə qazanıb. Bununla da hər iki oyunda inamlı qəlbə qazanan Faiq Qarayevin yetirmələri tarixində ilk dəfə yüksəldiyi yarımfinal mərhələsindən sonra daha bir ilkə imza ataraq final oynayacaq.

İlk setdə rəqibin ciddi müqaviməti ilə üzləşən meydan sahibləri 25:22 hesabı ilə üstün olsalar da, növbəti setdə böyük fərqlə uduzublar - 9:25. Lakin sonrakı setlərdə komandamız çətinlik çəkmədən qələbəyə nail ola bilib - 25:15, 25:16.

Finalda Azərbaycanın rəqibi Slovakiya olacaq. Bu komanda yarımfinalda Sloveniyanı hər iki görüşdə yenib - 3:2, 3:1.

Həlledici qarşılaşmalar iyunun 30-da və iyulun 3-də keçiriləcək. Hələlik oyunların məkanı və başlama vaxtı müəyyənləşməyib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır