Modern.az

“Avro-2016”: Bu gün 1/8 final yekunlaşır

“Avro-2016”: Bu gün 1/8 final yekunlaşır

Aktual

27 İyun 2016, 09:48

Bu gün Fransada keçirilən futbol üzrə Avropa Çempionatında 1/8 final mərhələsinin oyunlarına yekun vurulacaq.

Modern.az-ın məlumatına görə, iyunun 27-də keçiriləcək iki oyunla 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.

Günün ən maraqlı oyunu İtaliya və İspaniya arasında keçiriləcək qarşılaşmadır. Oyunu türkiyəli referi Cüneyt Çakır idarə edəcək

1/8 final mərhələsinin son oyununda İngiltərə və İslandiya yığmaları üz-üzə gələcək. 

27 iyun

"Avro-2016", 1/8 final

20:00. İtaliya - İspaniya

23:00. İngiltərə - İslandiya

Qeyd edək ki, artıq 1/4 finalçıların 6-sı məlumdur. Bunlar Polşa, Portuqaliya, Uels, Belçika, Almaniya, Fransa yığmalarıdır.

1/4 finaldan yarımfinala çıxmaq uğrunda Polşa Portuqaliya, Uels isə Belçika ilə üz-üzə gələcək.

Digər iki cütlükdə Almaniya İtaliya / İspaniya cütünün qalibi, Fransa isə İngiltərə / İslandiya cütünün qalibi ilə qarşılaşacaq.  

1/4 final

30 iyun

Polşa – Portuqaliya

1 iyul

Uels – Belçika

2 iyul

Almaniya - İtaliya / İspaniya cütünün qalibi

3 iyul

Fransa - İngiltərə / İslandiya


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!