İstanbulun Atatürk Hava Limanı fəaliyyətini bərpa edib.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım deyib.
“Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, - baş nazir bildirib.
Bundan əvvəl Atatürk aeroportunun fəaliyyətinin yerli vaxtla səhər 08.00-dək dayandırılması barədə məlumat yayılmışdı.
Terror aktının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.
Xatirladaq ki, İstanbulun Atatürk Hava Limanı bu gecə terrorçu-kamikadzelərin hücumuna məruz qalmışdı. Hadisə nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
Ağa AKİFOĞLU