Modern.az

Terrora görə uçuşu təxirə salınan təyyarə nə zaman Bakıya gələcək?

Terrora görə uçuşu təxirə salınan təyyarə nə zaman Bakıya gələcək?

29 İyun 2016, 09:56

 

“Dünən İstanbulun Atatürk hava limanından Bakıya uçuş yerinə yetirməli olan təyyarə bu gün saat 13:00-da İstanbuldan yola düşəcək”.

 

Modern.az saytının verdiyi məlumata görə, bunu Azərbaycan Hava Yollarının (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.

 

O bildirib ki, bu gün AZAL-a məxsus təyyarə Atatürk hava limanına uçuş həyata keçirib: “08:45-də bizim təyyarə cədvələ uyğun olaraq İstanbul hava limanına uçub, artıq hava limanı öz fəaliyyətini bərpa edib.

 

Cədvələ uyğun həmin təyyarə 13:20-də qayıtmalıdır. Bizim beynəlxalq uçuşlarda problem yalnız Atatürk hava limanı ilə bağlı olub, qalan heç bir aviareyslərdə problem olmayıb”.

 

P.Kəsəmənski həmçinin deyib ki, AZAL dünən axşamdan gücləndirilmiş iş rejimində çalışır.

 

İyunun 28-də İstanbul Atatürk Hava Limanında baş verən partlayışla əlaqədar Bakı vaxtı ilə saat 23:30-da Azərbaycan Hava Yollarına QSC (AZAL) məxsus təyyarə uçuşu təxirə salıb.

 

Gülşən RAUFQIZI

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir