Modern.az

İstanbuldan Bakıya uçan sərnişin: “Təyyarəyə minəcəyimi bilmirəm” - FOTOLAR

İstanbuldan Bakıya uçan sərnişin: “Təyyarəyə minəcəyimi bilmirəm” - FOTOLAR

29 İyun 2016, 10:02

İstanbuldakı Atatürk hava limanını dünən axşam saatlarında qana bulayan terror hücumundan geriyə deşilən betonlar, tökülüb qırılan asma tavanlar və partlayan şüşələr qaldı. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, hava limanında təmizlik işləri davam edərkən bir tərəfdən də sərnişinlərin içəri buraxılmasına  başlanıb.

Atatürk hava limanı xarici xətlər terminalında keçirilən bombalı terror hücumunun şiddəti gün ağaranda ortaya çıxıb. Asma tavanlar və şüşələr tökülüb qırıldığı partlayışda taksilərin də zərər çəkdiyi müşahidə edilib.

Hava limanı qapısında polislərlə toqquşan və vurulduqdan sonra özünü partladan canlı bombanın olduğu yerdəki beton partlayışın şiddəti deşilib və böyük bir dəlik yaranıb.

Təhlükəsizlik səbəbilə hava limanından çölə çıxarılan sərnişinlər isə səhər əsas  qapıda keçirilən təhlükəsizlik nəzarətindən sonra yenidən içəri buraxılıb.

İçəri girən vətəndaşlardan Toğrul Əlili, axşam saat 09.00-dan bəri Bakıya uçuş üçün gözlədiyini bildirərk deyib: “İndi təyyarəyə minib-minməyəcəyəm bilmirəm”.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?