Modern.az

2900-dən çox xəstə pulsuz hemodializ müalicəsi alır

2900-dən çox xəstə pulsuz hemodializ müalicəsi alır

Aktual

29 İyun 2016, 11:43


"Hazırda Azərbaycanda fəaliyyət göstərən 34 hemodializ mərkəzində (onlardan 26-sı regionlarda, 8-i Bakıda) 2 900-dən artıq xəstə dövlət vəsaiti hesabına hemodializ müalicəsi qəbul edir. Müqayisə üçün qeyd edim ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi var idi. Hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir".

Modern.az saytı xəbər verir ki, bu sözləri Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz bugünkü mətbuat konfransında deyib.


F.Babayevin sözlərinə görə, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializ ilə əhatə edilən xəstələrin sayı hər il 20-22 % artır.

O bildirib ki, dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı tam həcmdə dövlət tərəfindən qarşılanır:

“Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir. Hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə 1 milyon əhalidən 800-1000 nəfərində XBÇ müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır”.

Şöbə müdiri qeyd edib ki, XBÇ hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır:

“Onun yaranmasına böyrəklərin xroniki iltihabı, irsi, allergik, infeksion xəstəlikləri, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri və s. səbəb ola bilir.

 

Gülşən RAUFQIZI

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür