Modern.az

“Hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir “

“Hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir “

29 İyun 2016, 13:00

“Hazırda böyrək köçürülməsi üçün 300-ə yaxın xəstə növbə gözləyir “. Modern.az saytı xəbər verir ki, bunu M.C. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalsitlərə açıqlamasında deyib

O bildirib ki, bütün xəstələr üçün bərabər şərait yaradılıb:

 

“Bu ilin yanvar ayının 1-dən bu günə kimi 600-ə yaxın xəstə qeydiyyata alınıb və onların hər biri hemodializ müalicəsi alıb. Bu il dializə cəlb olunanlar arasında ağır vəziyyətdə olanlar olsa da, bu göstərici azdır".


Şöbə müdiri əlavə edib ki, xəstəlik hər bir yaş qrupunda qeydə alına bilər: "Lakin bu xəstəlik daha çox orta yaşlı insanlarda rast gəlinir ki, bu da təəssüf doğurucudur. Ancaq reallıq odur ki, əhalinin daha çox 35-50 yaş arasında olanlarda xroniki böyrək çatışmazlığı xəstəliyi qeydə alınır.


Bu gün şəkərli diabet və hiporteniya xəstələrinin dünyada sayının artması Azərbaycana da təsirsiz ötüşmür. Belə ki, həmin xəstələrin sayının artması fəsad olaraq böyrək çatışmazlığı xəstəliyinin artmasına səbəb olur. 5 il bundan qabaq Azərbaycanda hemodializ xəstələrinin say göstəricisini araşdıranda bunun səbəbləri araslnda böyrək çatışmazlığı birinci sırada idi. Lakin bu gün 27,4 faiz xəstədə xəstəliyin əsas səbəbi şəkərli diabet xəstəliyidir".


F.Babayev onu da bildirib ki, Azərbaycanda böyrək çatışmazlığı ilə bağlı ən böyük problem donor məsələsidir: "Çünki hazırda ölkədə ancaq qohumlardan böyrək köçürülmələri həyata keçirilir. Xəstələr daha çox canlı donor və qohumlarının, eləcə də ailə üzvlərinin böyrəklərinin köçürülməsi üçün növbəyə dayanırlar".

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?