Modern.az

Manatın taleyi necə olacaq?

Manatın taleyi necə olacaq?

29 İyun 2016, 13:55

İqtisadçı Vüqar Bayramov manatın məzənnəsinin yaxın zamanlarda necə dəyişəcəyi ilə bağlı gedən müzakirələrə dair fikir bildirib. Modern.az saytı xəbər verir ki, ekspert cavabın ox sadə olduğunu qeyd edib.

 

“Əgər dünən hərracda kommersiya banklarının yarım milyard dollarlıq sifarişi olubsa və yalnız onun 10 faizi ödənilibsə, deməli ən azı banklar istədikləri pulu alanadək manat ucuzlaşmalıdır.

 

Yəni, hətta Mərkəzi Bankın indiki mövcud müdaxilə səviyyəsində də dolların manata nisbətən bahalaşmasının qarşısını almaq mümkün deyil. Çünki  bunu bazar tələb edir.

 

Dollara bankların tələbi varsa, deməli, onlar manatlarını satıb xarici valyuta almaq istəyirlər. Ən sadə iqtisadi qanuna uyğun olaraq milli valyuta da nə qədər çox təklif olunursa, onun dəyəri o qədər düşür”.

 

V.Bayarmovun sözlərinə görə, manat yalnız inzibati müdaxilə nəticəsində cüzi bahalaşa bilər:

 

“Əgər bütün bu iqtisadi qanunauyğunluqlara rəğmən manatın az da olsa güclənməsi müşahidə olunarsa, bu, bazardakı tarazlıq deyil, süni şəkildə inzibati müdaxilə nəticəsində mümkündür.

 

Xarici valyutaya olan mövcud tələb heç bir halda manatın möhkəmlənməsinə zəmin yaratmır. Mərkəzi Bank rezervlərini bazara çıxarıb dollara olan tələbi ödəməlidir ki, manata təzyiq azalsın. Baş bank hələlik ehtiyatlarını qorumağa çalışdığı üçün mövcud şərtlər manatın dollara qarşı dəyər itirməsini diktə edir”.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır