Modern.az

İran bu gün "5+1" ölkələri ilə nüvə müzakirələrinə başlayır

İran bu gün "5+1" ölkələri ilə nüvə müzakirələrinə başlayır

21 Yanvar 2011, 08:55

st1:*{behavior:url(#ieooui) }

Bu gün İstanbulda İranın nüvə proqramı ilə bağlı bu ölkə ilə "5+1" ölkələri, yəni BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın nümayəndələrinin iştirakı ilə müzakirələr başlayır.

Toplantıda beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə bağlı narahatlığının aradan qaldırılması üçün düstur axtarışı davam edəcək. İstanbulda İrana məxsus zənginləşdirilmiş uranın mübadiləsi məsələsi müzakirə ediləcək.

Modern.az BBC-yə istinadla xəbər verir ki, İranın nüvə proqramı ilə bağlı bu ölkə ilə BMT-nin 5 daimi üzvü - Amerika Birləşmiş Ştatları, Fransa, İngiltərə, Rusiya, Çin üstəgəl Almaniyanın nümayəndələrinin İstanbuldakı görüşünə böyük önəm verilir.

İranın Milli Təhlükəsizlik Şurasının Baş katibi və ölkənin nüvə proqramı üzrə xüsusi nümayəndəsi Səid Cəlili toplantıda iştirak etmək üçün dünən İstanbula gəlib.

İranın Beynəlxalq Atom Enerjisi Qurumu üzrə xüsusi nümayəndəsi Əli Əsgər Sultaniyə isə Moskvada bəyan edib ki, Tehran az zənginləşdirilmiş uranının yüksək zənginləşdirilmiş yanacaqla mübadiləsi ilə bağlı danışıqlara hazırdır.

Tehran İstanbul görüşünü özünün nüvə proqramı ilə bağlı tərəflər arasında razılığın əldə edilməsi üçün “son şans” kimi qiymətləndirir.

Bəzi xarici kütləvi informasiya vasitələri İran nümayəndələrinin görüşə yeni təkliflərlə gəldikləri haqqında məlumat yayıblar.

Türkiyədəki müşahidəçilər isə İstanbuldakı danışıqların çətin keçəcəyini proqnozlaşdırırlar. Bəzi analitiklərin fikrincə, tərəflərin müzakirələrin davam etdirilməsi məsələsində razılığa gəlməsi belə böyük uğur olardı.

Bundan əvvəl İran və altılığın nümayəndələri dekabr ayında Cenevrədə bir araya gəliblər. Toplantıda ciddi bir nəticə əldə edilməyib.

İstanbuldakı danışıqların 2 gün davam etməsi planlaşdırılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı