Modern.az

Türkiyənin hava limanlarında törədilən TERRORLAR

Türkiyənin hava limanlarında törədilən TERRORLAR

Aktual

29 İyun 2016, 16:05

Atatürk Hava limanında 41 nəfərin öldürüldüyü terror aktı son 34 ildə Türkiyədə hava limanlarını hədəf alan 3-cü hücum olub.

 

Dünən gecəki hücum hava limanlarını hədəf alan hücumlardan ən ağırı olub. 41 nəfərin öldüyü ən az 140 nəfərin yaralandığı Atatürk  hava limanı hücumu Türkiyə aeroportlarında törədilən ən ağır terror hücumu  olaraq qeydə alınıb.

 

Türkiyədə son 34 dünənki Atatürk havalimanı hücumu ilə birlikdə havalimanında 3 terror hadisəsi yaşanıb.

 

Esenboğa Havalimanına terror hücumu

7 avqust 1982 ci ildə Zöhrab Sarkisyan və Levon Ekmekciyan adlı iki ASALA terror təşkilatının üzvü Esenboğa hava limanında pasport nəzarəti sırasında silahlarını çıxararaq atəş açıblar.

 

Polislərin qarşılıq verdiyini görən iki terrorist 20 əsir ilə birlikdə yeməkxanaya keçiblər.

 

Keçirilən əməliyyatlarda 9 nəfər ölüb.

 

Terroristlərdən Levon Ekmekçiyan canlı olaraq yaxalanıb.

 

Sabiha Gökçen Havalimanı hücumu

23 dekabr 2015-ci il tarixində hava limanına 2 km məsafədən mərmiatanla atəş açılıb.

 

 Təyyarəyə tuş gələn qəlpələr 30 yaşlı təmizlik işçisi Zəhra Yamaçın ölümünə, 1 nəfərin isə yaralanmasına yol açıb.

 

Terror aktını PKK-nın şəhər təşkilatı olan TAK üzərinə götürüb.

 

Qafar Ağayev

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi