Modern.az

"Qəbələ" fransalı hücumçu ilə müqavilə bağlayıb

"Qəbələ" fransalı hücumçu ilə müqavilə bağlayıb

Aktual

30 İyun 2016, 00:48

2016-2017-ci illər mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” hücum xəttini fransalı Baqali Dabo ilə gücləndiriblər.

 

28 yaşlı Seneqal əsilli ön xətt oyunçusu ilə 2 illik müqavilə imzalanıb. Futbolçunun adı “Qəbələ”nin UEFA Avropa Liqasında iştirak ərizəsinə əlavə edilib.

 

“Loryan” klubunun yetirməsi olan Dabo karyerası ərzində “İvri” (2008-2011), “Kretey” (2011-2013, 2014-2016) və “İstr” (2013-2014) klublarının şərəfini qoruyub. Son 2 mövsümdə Fransa çempionatının 2-ci liqasında çıxış edən hücumçu “Kretey”də keçirdiyi 57 qarşılaşmada 6 qol vurub. Ümumiyyətlə isə Baqali bu liqada 87 matç keçirib, 11 dəfə rəqib qapılarına yol tapıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq