Tanınmış Twitter mikrobloq servisinin istifadəçi bazası cari ilin əvvəlinə olan vəziyyət üzrə gün ərzində 110 milyona yaxın yazı dərc edən 200 milyon qeydiyyatı keçib.
2010-cu ilin sentyabr ayında servisdəki akkauntların sayı 160 milyon olub. Dekabr ayında gündəlik yazıların sayı isə 95 milyon təşkil edib.
Twitter-də qeyd edirlər ki, hazırda servis beynəlxalq auditoriyasının genişlənməsinə daha çox diqqət yetirir. Bu işlər çərçivəsində, yanvarın 18-də Twitter-in koreya dilində versiyası istifadəyə verilib.