Modern.az

ATƏT sədri Qarabağ separatçılarının "lideri" ilə görüşdü

ATƏT sədri Qarabağ separatçılarının "lideri" ilə görüşdü

Aktual

30 İyun 2016, 11:44

Bu gün ATƏT sədri, Almaniyanın xarici işlər naziri Frank Valter-Ştaynmayer Yerevanda Qarabağdakı separatçı rejiminin "rəhbəri" Bako Saakyanla görüşüb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi və regional problemlər müzakirə edilib.

 

Görüş zamanı Bako Saakyan Dağlıq Qarabağ separatçılarının da danışıqlar prosesində tamhüquqlu üzv kimi iştirak etməli olduğunu deyib və cəbhə xəttində insidentlərin araşdırılması üçün mexanizmlərin yaradılmasını təklif edib.

 

Görüşdə ATƏT sədrinin şəxsi köməkçisi Anjey Kasprşik və s. şəxslər də iştirak edib.

Almaniyanın xarici işlər üzrə federal naziri Frank -Valter Ştaynmayerin Ermənistanda Bako Saakyanla görüşünü şərh edən Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:  

"Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank -Valter Ştaynmayerin Bako Saakyan ilə görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır. Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə görüşəcəkdir. Həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaqdır".

 

 

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu