Modern.az

Tiflisdəki Jurnalistika Məktəbini bitirən 4 gənc Bakıya qayıdıb: onlar planlarından danışdılar

Tiflisdəki Jurnalistika Məktəbini bitirən 4 gənc Bakıya qayıdıb: onlar planlarından danışdılar

21 Yanvar 2011, 16:36

Media müxtəlifliyi imtahanında: azərbaycanlı jurnalistlər də öz xalqının adət-ənənəsini təqdim edir...


Bir neçə gün öncə Azərbaycandan olan 4 nəfər gənc jurnalist Gürcüstan İctimai Əlaqələr İnstitutunun Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbinə oxumağa gedib. Əvəzində 4 azərbaycanlı jurnalist həmin məktəbi bitirərək Vətənə qayıdıb. Modern az saytı Tiflisdən Azərbaycana qayıdan məzun-jurnalistlərlə əlaqə saxlayaraq onların bundan sonrakı planları ilə maraqlanıb.

Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbini bitirmək məzun-jurnalistlərin dünyagörüşünə necə təsir edib, onlar indi hansı sahələrdə çalışmaq istəyirlər?

Lalə Musaqızı Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbini bu il bitirən 4 jurnalistdən biridir. Əvvəllər “Bu gün”, “Cümhuriyyət”, “Üç nöqtə”, “Karyera” qəzetlərində çalışıb, müxtəlif media orqanları ilə əməkdaşlıq edib. Tiflisdən Bakıya yenicə qayıdan L.Musaqızı hələki işləmir. Əvvəllər media sahəsində çalışsa da, gələcək planlarına sırf journalist olaraq fəaliyyət göstərmək daxil deyil.
“Çünki bu sahədə çalışanlar əməklərinin qarşılığını tam ala bilmir. Səhərdən axşama qədər çalışırsan, hətta işdən sonra da iş haqqında fikirləşirsən, mövzu axtarırsan və bütün bunların müqabilində aşağı əmək haqqı alırsan. Buna görə də jurnalist kimi çalışmaq fikrim yoxdur. Amma jurnalistikaya da bağlıyam və yəqin ki, başqa sahəsə fəaliyyət göstərməklə yanaşı, media ilə əməkdaşlıq edəcəm, yeri gələndə yazıb-pozacam”.
L.Musaqızı bildirib Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbində aldığı təhsil onun dünyagörüşündə, savadında xeyli dəyişikliklər yaradıb. “Orada aldığım təhsil mənə çox şey verdi. Bizə jurnalistika ilə yanaşı, menecmentlik də öyrədilirdi. Bundan əlavə,  dərslər ingilis dilində keçirildiyi üçün, bu dili yaxşı öyrənmək şansım da oldu”.
“Harda çalışmaq istərdiniz” sualına isə L.Musaqızı belə cavab verib: “Jurnalistikadan başqa hansı sahə olsa, çalışa bilərəm. QHT, piar sahəsində, beynəlxalq təşkilatlarda çalışmaq istərdim”.

Rəşad Əliyev Tiflisdən qayıdan 4 nəfərin ikincisidir, o hazırda Avrasiya Əməkdaşlıq Fondunda proqram rəhbərinin köməkcisi vəzifəsində çalışır. Tiflis onun da dünyagörüşünə təsirsiz ötüşməyib. R.Əliyev bildirib ki, Gürcüstan hökumətinin Tiflisdə həyata keçirdiyi islahatlar onu olduqca təəccübləndirib. “Tiflis mədəniyyətlər mərkəzidir, oraya çoxlu turistlər gəlir. Fərqli ölkə, fərqli mədəniyyət mənim dünyagörüşümə təsir etdi. Orada reallaşdırılan islahatlardan isə lap çox təəccübləndim. İstər gömrük sahəsində, istər polis sistemində, onlar bizim ölkədən çox fərqlənirlər”.
Hazırda jurnalistika sahəsində çalışmadığını bildirən R.Əliyev gələcəkdə media sektorunda fəaliyyət göstərmək fikrindədir: “Tiflisə getməmişdən əvvəl “Mediaform” saytında, Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsində çalışmışam. Qayıtdıqdan sonra isə daha yaxşı iş təklifi olundu və indi Avrasiya Əməkdaşlıq Fondunda çalışıram. Amma bura müvəqqəti iş yeri kimi baxıram, gələcəkdə jurnalist fəaliyyətimi davam etdirmək fikrim var”.

Azər Nəzərov da Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbini bitirməkdən məmnundur. Müsahibimiz bildirib ki, Tiflisdə aldığı təhsil onun həyatında mühüm yer tutur. “Mən Tiflisə getməmişdən əvvəl elə fikirləşirdim ki, yaxşı jurnalistəm, yaxşı təhsil almışam, amma ora detdikdən sonra bütün fikirlərim alt-üst oldu. Başa düşdüm ki, mənim burada aldığım təhsil o qədər də keyfiyyətli deyil”.
Hazıda ştatda olmaqla hem bir yerdə çalışmadığını bildirən A.Nəzərov bir sıra layihələr üzərində işləyir. “Bakıya yeni qayıtmışam. Bir sıra layihələrimiz var, onlar üzərində çalışırıq. Tiflisə getməzdən əvvəl də media sahəsində çalışırdım və indi də jurnalistika sahəsində fəaliyyət göstərmək fikrindəyəm”.     

Tiflisdə beynəlxalq jurnalistika təhsilini başa vuran gənclərdən sonuncusu Ülviyyə Quliyevadır. O, artıq seçimini edib. Belə ki, Ülviyyə jurnalistika sahəsində çalışmağı türklər demiş, netləşdirərək elə qardaş ölkəyə - Türkiyəyə gedib. Ü.Quliyeva Türkiyənin “İhlas” Xəbər Agentliyinin Antalya təlmsilçisi vəzivəsində çalışacaq.
“Artıq “İhlas” Xəbər Agentliyinin işcisi sayılıram. Türkiyədə rus və ingilis dilini bilən jurnalist kadra ehtiyac olduğundan bura dəvət almışam. Elə ötən yayda praktikamı da burada kecmişəm. Yəni əvvəlcədən əlaqələrim olub”. Ü.Quliyeva Türkiyədə 20 gün təcrübə keçəndən sonra “İhlas”ın ştatlı əməkdaşı kimi fəaliyyət göstərəcək”.

 

Son imtahanı da belə yola verdik...

 

Fransız müəllimimiz bizə kameradan istifadə etməyi öyrədir.


Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir