Modern.az

Müstəqil PİK TV-nin Bakı bürosu açılıb, telekanal yayıma başlayır

Müstəqil PİK TV-nin Bakı bürosu açılıb, telekanal yayıma başlayır

Media

22 Yanvar 2011, 18:07

Yanavrın 25-dən etibarən Birinci Qafqaz İnformasiya telekanalı PİK TV  fəaliyyətə başlayır.

Modern.az gürcü informasiya resurslaına istinadən bildirir ki, Tiflisdə yerləşəcək PİK TV sputnik vasitəsilə yayımlanacaq. Telekanalın məqsədi bütün Qafqaz xalqlarını bir informasiya məkanına cəmləyərək onlara bölgədə olan mühüm hadisələr barədə operativ informasiyalarla təmin etməkdir.
Telekanal bəyan edib ki, Azərbaycan, Gürcüstan, Ermənistanın da daxil olduğu bölgədə baş verən hər hansı hadisəyə qiymət verməyəcək və bunu tamaşaçıların öhdəsinə buraxacaq. PİK TV həmçinin hökümətlərlə polemikaya girməyəcəyini də bəyan edib.

Telekanal artıq Bakıda, İrəvanda, Moskvada, Kiyevdə, Mahaçqalada, Ankarada, Brüsseldə, Vaşinqtonda və Tehranda özünün müxbir məntəqələrini yaradıb. 
PİK TV-yə rəhbərlik edəcək şəxslər də bəllidir: Bura BBC-də və “Franse-24” TV-də işləmiş Robert Parsons baş direktor təyin edilib. Onun müavinləri İTN, “Sky-Nyus” və “Əl-Cəzirə”də işləmiş Devid Çeter, Zurab Kodalaşvili və beynəlxalq şərhçi Melani Ensti olacaq. 
Telekanal Moskva vaxtı ilə altı saat (18.00-dan 00.00) efirdə olacaq və yayım Cənubi və Şimali Qafqazı, Ukraynanı, Belorusu, Şərqi Avropanı, Rusiyanı, Türkiyəni və İranı əhatə edəcək. 

Kanalın idarəçilyi “Key-1” MMC tərəfindən həyata keçiriləcək.
PİK TV-nin təsisçiləri Robert Parsons və  Yekatrina Kotrikadzedir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi