Modern.az

Azərbaycanlı futbolçu Böyük Britaniya səfirliyinə dəvət olunub

Azərbaycanlı futbolçu Böyük Britaniya səfirliyinə dəvət olunub

22 Yanvar 2011, 20:31

İngiltərənin "Everton" klubunun müraciətinə əsasən "Neftçi"nin futbolçusu Araz Abdullayev Bakıda yerləşən Böyük Britaniya səfirliyinə dəvət olunub.  Gənc futbolçu Türkiyədə keçirilən təlim-məşq toplanışının ilk mərhələsindən qayıtdıqdan sonra viza məsələsinin həll olunması üçün bütün sənədlərini səfirliyə təqdim edib.

Xatırladaq ki, "Neftçi" klubunun və Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayev İngiltərənin "Everton" klubuna keçidi artıq həll olunub və onunla müqavilə imzalanıb. Araz Abdullayev «Everton» klubu ilə uzunmüddəli müqavilə imzalayıb. Bu haqda ingilis klubunun uşaq futbolunun inkişaf departamentinin rəhbəri Con Mördok məlumat verib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?