Modern.az

“Minsk qrupundan ümid gözləmək mümkün deyil”

“Minsk qrupundan ümid gözləmək mümkün deyil”

27 Oktyabr 2009, 21:21

st1:*{behavior:url(#ieooui) }

- Bugünlərdə Ermənistan parlamentinin beynəlxalq münasibətlər komitəsinin sədr müavini belə bir təkliflə çıxış edib ki, Qazax rayonu ümumi iqtisadi zona elan olunsun. Sizcə, Qarabağ məsələsi çözülmədən belə bir təklifin reallaşdırılması nə dərəcədə mümkündür?

- Əvvəla, Azərbaycanın işğal altındakı torpaqları işğaldan azad edilməyənədək, Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələr üzərində suveren hüquqları bərpa olunmayanadək bu cür təkliflər, bu cür cəhdlər Ermənistan iqtisadiyyatını reanimasiya etmək niyyətlərindən başqa bir şey deyil. Eyni zamanda, bu cür təkliflər ictimaiyyətini məğlubiyyətlə barışdırmaq cəhdlərindən başqa bir niyyət deyil. Mən bununla yanaşı çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Minsk qrupu yaranandan bu vaxtacan onun fəaliyyəti ikili standartlar prinsipinə yönəlib. Bu gün Laçın dəhlizinin təfərrüatları dartışılır. Nədən Azərbaycan torpağı olan   Dağlıq Qarabağı Ermənistana birləşdirəcək dəhliz yaranmalıdır? Digər tərəfdən Dağlıq Qarabağ ətrafında  sülhməramlılar erməniləri azərbaycanlılardan qoruyacaqları halda, nədən Naxçıvanda yaşayan azərbaycanlıları da ermənilərdən beynəlxalq təşkilatlardan olan sülhməramlılar və sair qorumamalıdır?  Yaxın tarix sübut edib ki, Naxçıvana qarşı da çox ciddi təhdidlər, hücumlar olub. - Minsk qrupu formatından imtina etmək daha məqsəduyğun olmazdımı?

-  Hər halda, buna indi birmənalı cavab vermək çətindir.  Əslində onu demək istəyirəm ki, Minsk qrupu həmsədrləri bu günə qədər bir dəfə olsun belə bir həqiqəti dilə gətirməyiblər ki, hazırda istər Dağlıq Qarabağda, istərsə də Azərbaycanın digər bölgələrində, - Bakıda, Sumqayıtda, Gəncədə on minlərlə erməni yaşadığı halda, qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda bir nəfər belə Azərbaycan türkü qalmayıb. Bu baxımdan, mən Minsk qrupunun səylərini birmənalı olaraq ermənilərə dəstək vermək, ermənilərin haqsız mövqeyini möhkəmləndirməyə kömək etmək kimi qiymətləndirirəm.

- Deməli, münaqişənin həlli ilə bağlı ümid yenə də özümüzə qalır, özümüzdədir…

- Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev bu münaqişənin həllində qətiyyətli mövqedən çıxış edir və Azərbaycan xalqı, millətimiz də dövlət başçısının arxasındadır, ona dəstək verir. Biz yalnız bu mövqe ilə münaqişənin ədalətli həllinə nail ola bilərik. Son olaraq demək istəyirəm ki, Minsk qrupundan ümid gözləmək, münaqişənin ədalətli həllini ummaq mümkün deyil.

 

 

"Modern.az"

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir