Modern.az

Milli Məclisin yeni deputatları fotoşəkillərlə...

Milli Məclisin yeni deputatları fotoşəkillərlə...

Parlament

24 Yanvar 2011, 11:00

4-cü çağırış Milli Məclisin 125 deputatından 38-i ilk dəfə mandat qazanan millət vəkilləridir. İlk dəfə deputat seçilən 38 nəfərin bəziləri geniş ictimaiyyətə yaxşı tanış olsa da, bir çoxları tanınmır. Modern.az saytı ötən günlərdə ictimaiyyətin üzdən tanımadığı yeni mandat sahiblərini şəkillərlə təqdim edib, yalnız 3 nəfərdən başqa.

Nəhayət qalan 3 deputatın da də şəkillərini əldə edib, onları tanıdırıq.

21 saylı Nəsimi I Seçki Dairəsindən mandat sahibi Aytən Mustafayeva (bitərəf, Milli Elmlər Akademiyası İnsan Hüquqları İnstitunun direktoru) 1968-ci ildə dünyaya gəlib, 42 yaşı var.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvüdür.

77 saylı Astara Seçki Dairəsinin Milli Məclisdəki təmsilçisi Aslan Cəfərovun (“Diplomat 1” Firmasının direktoru, YAP üzvü) doğum ili 1973-dür, 37 yaşı var.
O, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvüdür.


78 saylı Lerik Seçki Dairəsinin deputatı, “Kaspi-Yıldız” Şirkətinin baş direktoru, YAP-çı  İqbal Məmmədov 1965-ci ildə doğulub, 45 yaşı var. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvüdür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi