Modern.az

Bakıdakı Türk şəhidliyindən çıxarılan bayraqlar yerinə qaytarılıb

Bakıdakı Türk şəhidliyindən çıxarılan bayraqlar yerinə qaytarılıb

28 Oktyabr 2009, 09:00
Oktyabrın 15-də Bakının Şəhidlər xiyabanındakı şəhid türk hərbçilərinin şərəfinə ucaldılan abidə ətrafından çıxarılmış Azərbaycan və Türkiyə bayraqları yerinə qaytarılıb. Modern.az xəbər verir ki,  oktyabrın 27-dən 28-keçən gecə bayraqların bərpası üçün Türk şəhidliyində müvafiq işlər görülüb.
Türk şəhidliyinidəki bərpa işlərini Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç, Bakı Şəhər İcra Hakimiyyətinin və ərazinin aid olduğu Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri də izləyiblər.
Oktyabrın 28-də səhər saat 10-da bayraqlar əvvəlki kimi öz yerində dalğalanmağa başlayıb.
Oktyabrın 29-u türkiyəli diplomatların və iki ölkənin parlament üzvlərinin də buraya gəlməsi gözlənilir.
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir