Modern.az

Prezidentin öldürlüdüyü təsdiq olundu

Prezidentin öldürlüdüyü təsdiq olundu

Dünya

24 Yanvar 2011, 17:51

Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın ölümünü araşdıran parlament komissiyası araşdırmalarına yekun vurub. Modern.az gürcü informasiya resurslarına istinadən bildrir ki, komissyanın rəyinə görə, keçmiş prezidetn iddia olunduğu kimi, özünə süi-qəsd etməyib, Qamsaxurdiyanı öldürüblər.

Bu barədə yanvarın 24-də komissiyaya sədrlik edən ilk prezidentin oğlu Konstantin Qamsaxurdiya bəyan edib. Deputatın sözlərinə görə, neçə aylardır davam edən araşdırmalar belə deməyə əsas verir ki, prezident qətlin qurbanı olub.

Xatırladaq ki, Zviad Qamsaxurdiya 1993-cü ildə dekabrn 31-də müəmmalı şəraitdə dünyasını dəyişib. O zaman şahidlər bildiriblər ki, Qamsaxurdiya depressiayadan əziyyət çəkirmiş. Və bu da sağlamlığına ciddi təsir edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir