Modern.az

Azərbaycanda 39-cu Olimpiya İdman Kompleksinin təməli atıldı (foto)

Azərbaycanda 39-cu Olimpiya İdman Kompleksinin təməli atıldı (foto)

Mədəni̇yyət

24 Yanvar 2011, 19:10

Respublikamızda istifadəyə verilən 28 Olimpiya İdman Kompleksi var. Daha 11 kompleksi isə tikilməkdədir. Təməli bu gün Göygöldə qoyulan idman qurğusu belə komplekslərin sırasına daxil olmaqla sayca 39-cudur. 
Yanvarın 24-də gənclər və idman naziri Azad Rəhimovla Gölgöl rayon Icra Hakimiyyətinin başçısı Arif Seyidov Hacıkənd yolunun sağ kənarında yerləşən idman qurğusunun təməlqoyma mərasiminə qatılıblar.
Modern.az saytının məlumatına görə, tədbirdə çıxış edən Arif Seyidov prezident İlham Əliyevin ölkəmizdə idmana göstərdiyi qayğıdan bəhs edərək tikiləcək olimpiya kompleksinin buna bir daha bariz nümünə olduğunu söyləyib.
Nazir Azad Rəhimov ötən il Azərbaycan idmançılarının beynəlxalq aranelarda göstərdiyi nəticələrdən danışıb. Bildirib ki, məhz bu cür komplekslərdə hazırlıq keçən idmançılar yüksək nəticələr göstərirlər. Çıxışların ardından giliz təmələ atılıb. Bünövrəyə ilk beton qarışığı buraxılıb. Qonaqlara layihə barədə məlumat verilib. Qeyd olunub ki, idman qurğusunun ərazisi 6 hektarı əhatə edəcək. Tikilinin ümumi sahəsi isə 9860 kvadratmetrdir. Burada qış idman növlərindən savayı, digər növlərlə məşğul olanlar üçün zallar fəaliyyət göstərəcək.1000 nəfərlik universal idman zalı kompleksin ən böyük zalıdır. Bundan başqa burada tribunası 200 nəfər üçün nəzərdə tutulan güləş zalı və hovuz da olacaq. Üzgücülüklə məşğul olanlar uzunluğu 25 eni 12,5 metr olan hovuzdan yararlana biləcəklər. Layihəyə boks və trenajor zallarının, şahmat klubunun tikintisi də daxildir.

Kompleksin ərazisində 2000 azarkeş tutumuna malik olacaq stadion da istifadəyə veriləcək. Arenanın ətrafında mini futbol və voleybol meydnaçaları salınacaq.  İdman qurğusunda 50 nəfərlik mehmanxanada və kottec binalarıda olacaq ki, bununlada kompleksdə təlim-məşq toplanışı keçən gəlmə idmançı və məşqçilərin Göygöldə qalması üçün yer problemi həllini tapacaq.

Xaliq Qurbanov
Gəncə

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir