Modern.az

ATV rəsmisi Zaur Baxşəliyev barəsində xəbərlərə münasibət bildirdi

ATV rəsmisi Zaur Baxşəliyev barəsində xəbərlərə münasibət bildirdi

25 Yanvar 2011, 11:20

 “Azad Azərbaycan” Televiziyasında “Yağ kimi”, “Onun yarısı” adlı məişət səviyyəli verilişləri ilə tanınan aparıcı Zaur Baxşəliyev yeni ilin başlanğıcından itib. “Onun yarısı” verilişi bağlanandan sonra  Z.Baxşəliyev də çoxdandır efirə çıxmır. Bu isə onun barəsində müxtəlif söz-söhbətlərə rəvac verib. Mətbuat gah onun ATV-dən qovulduğunu, gah da depressiyaya düşərək özünə qapıldığını iddia edir, başqa məlumatlarda Zaurun Azərbaycandan getdiyi qeyd olunur.
Bəs ATV-də onun barəsində hansı məlumat var, aparıcı doğrudanmı telekanaldan qovulub?
Modern.az
saytının əməkdaşının telekanala vurduğu telefon zənginə ATV-nin bir əməkdaşı əvvəlcə “bizdə Zaur çoxdur, hansını deyirsiniz” sualı ilə cavab verdi. Sonra da “yəqin “yağ kimi, bozbaş kimi Zauru soruşursunuz” deyə əlavə etdi və bununla əlaqədar ATV-nin vitse-prezidenti Natiq İbrahimovla əlaqə saxlamağı məsləhət gördü.
N.İbrahimov isə Modern.az-a açıqlamasında Z.Baxşəliyervin ATV-dən qovulmadığını hələ də telekanalın işçisi olaraq qaldığını xatırlətdı. Vitse-prezident dedi ki, Z.Baxşəliyev tezliklə efirdə görünəcək. Onun sözlərinə görə, Zaurun birdəfəlik işdən çıxarılması haqqında mətbuatda yayılan informasiyalar həqiqətə uyğun deyil.

”Zaur buralardadır, son dəfə onu bir neçə gün bundan əvvəl şirkətdə görmüşəm. Yəqin ki, bir-iki günə efirə çıxar”. 

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır