Modern.az

Böhtan və yalan püskürən sayt - fars dilində “Qarabağ"

Böhtan və yalan püskürən sayt - fars dilində “Qarabağ"

Dünya

25 Yanvar 2011, 15:34

Rəsmi Tehran ermənilərin bu addımnı sükutla qarşılayıb

İranda fars dilində Qarabağla bağlı garabagh.org. sayt açılıb. İrandakı erməni icmasının səyi nəticəsində açılan bu saytda Ermənilər 1990-cı il Bakı və 1988-ci il Sumqayıt hadisələri və Azərbaycanın siyasi tarixinin saxtalaşdırılması ilə müşayiət olunan böhtan və yalan dolu məlumatlar yerləşdirilib. Saytda həmçinin Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun müsahibəsi də fars dilində tərcümə edilərək yerləşdirilib.

İran hakimiyyət orqanları saytla bağlı hər hansı reaksiya vermirlər. Qeyd edək ki, Tehran Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı hər hansı informasiyaya qısqanclıqla yanaşır. Bir neçə dəfə Azərbaycan tarixi ilə bağlı İranda internet sayt açmağa cəhd ediləsə də, İran rəsmiləri buna imkan verməyiblər. Erməni icmasının rahatlıqla Azərbaycanın əleyhinə olan belə sayt qurmaları elə Tehranın məkrli siyasətinin tərkib hissiəsi kimi baxılmalıdır.

Saytda müstəqil Azərbacanın siyasi tarixi bilərkədən saxtalaşdırılıb və ərazilərin guya Ermənistandan zorla qoparıldığı barədə köhnə “nəşğmələr” oxunur. Digər tərəfdən erməni icması bu yalan məlumatları fars dilində yaymaqla rəsmi Tehanın Azərbaycanın ərazi bütövlüyünün tanıdığı barədə mövqeyini şübhə altına alır.  

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi