Modern.az

BDU Moskvaya oxumağa göndərəcəyi magistrlərin adlarını açıqladı

BDU Moskvaya oxumağa göndərəcəyi magistrlərin adlarını açıqladı

25 Yanvar 2011, 16:13


Bakı Dövlət Universiteti ilə Moskva Fizika-Texniki Universiteti (MFTİ) arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumuna əsasən ötən gün universitetin Kimya, Fizika və Geologiya fakültəsinin I və II kursunda təhsil alan 17 nəfər magistr təhsillərini adıçəkilən institutda davam etdirmək məqsədilə imtahan verib.
İmtahan MFTİ-nin əməkdaşları Slopanin Valeriy Pavloviç və Nazar Ağaxanov Xangəldiyeviçin nəzarəti altında yazılı və şifahi şəkildə keçirilib. Riyaziyyat və fizikaya aid olan suallar ancaq məsələlərdən ibarət olub.

Modern.az-ın məlumatına görə, nəticələrə əsasən 3 nəfər – Kimya fakültəsinin II kurs magistri Şeyda Rauf qızı İsmayılzadə, Fizika fakültəsinin I kurs magistrləri Nağı Abbasəli oğlu Qasımov və Hikmət Arif oğlu Məhərrəmov qalib olublar.

Qonaqları və müsabiqə qaliblərini qəbul edən rektor, akademik Abel Məhərrəmov göstərdikləri yüksək nəticəyə görə magistrləri təbrik edib, onlara uğurlar arzulayıb.

Qonaqlar da öz növbəsində magistrlərin hazırlıq səviyyəsindən razı qaldıqlarını vurğulayıblar.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi