Modern.az

Jurnalist haqlı olub, yoxsa DYP əməkdaşları..?

Jurnalist haqlı olub, yoxsa DYP əməkdaşları..?

Media

26 Yanvar 2011, 10:30

Dünən Nəimanov raynonunun Koroğlu Rəhimov küçəsi ilə  Həsən Əliyev küçəsinin kəsişdiyi yerdə yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı üç maşın xəsarət alıb. Ölən və yaralanan olmayıb. Bilmirik bu, nə qədər çəkili xəbərdir. Çünku belə hal Bakıda o gün olmaz ki, baş verməsin. Ancaq bizi məsələnin başqa bir tərəfi maraqlandırır.

Deməli, məsələ belə olub. Qeyd olunan yerdə iki maşın toqquşub. Zərbə alan maşın tarazlığnı saxlaya bilməyib və gedib üçüncüyə dəyib.

Üçüncü avtmobilin sahibi görəndə ki, qəza törədən avtomobillərə ciddi zərər dəyib, hətta o səviyyədə dəyib ki, onları hadisə yerindən qoşqu ilə aparıblar. Deyib ki, şikayətçi deyil, dəyən ziyanı özü ödəyəcək.

Hadisə şahidi kimi üçüncü maşının sahibi Nərimanov rayon DYP-də olub, izahatını yazıb, hadisənin necə olduğunu yazılı şəkildə bildirib.

Sonra isə polis əməkdaşlarına tələsdiyini deyib, telefon nomrəsini qoyub. Hətta bildirib ki, bu hadisə ilə bağlı məhkəmə nə zaman olsa, orada da mütləq iştirak etməyə hazırdır. Polislərin onun sürücülük vəsiqəsini qaytarmayacağını gördükdə xahiş edib ki, vəsiqəni əvəzləyə biləcək bir sənəd versinlər.

Ancaq polis əməkdaşları ona deyiblər ki, ən yaxşı halda ona telefon nömrəsi verə bilərlər. Əgər DYP əməkdaşları haradasa onu saxlasa, bu nömrəni versin onlara. Zərərçəkən bununla razılaşmayıb. Deyib ki, bəlkə onu saxlayan polis heç telefon nömrəsinə diqqət etmədi. Bəs, onda necə olacaq? Bir də sənədsiz avtmobili necə idarə edə bilər.

Əlqərəz, onu da söyləyək ki, üçüncü şəxs Parlament Jurnalistlər Birliyinin və Modern.az saytının əməkdaşı olub.

Əməkdaşımız məsələ barədə bizi xəbərdar etdikdə, biz də öz novbəmizdə DİN-in mətbuat xidmətinə, Bakı Şəhər DYP-nin mətbuat xidmətinə və Respublika DYP-yə bu bardə məlumat verdik...  

Uzun söhbətdən sonra polis əməkdaşları zərərçəkənə deyiblər ki, maşının sənədlərinin sürətini çıxartdırsın. Ondan sonra gedə bilər.

Sən demə elə Nərimanov DYP-də sürət çıxaran maşın var imiş. Ancaq iki vərəq üçün əməkdaşmıza 3 manat ödəməli olduğunu bildiriblər. Bax, beləcə...

Bizi maraqlandıran məsələnin bilirsiniz hansı tərəfidir, yaranmış bu situasiyada əməkdaşımız haqlı olub, yoxsa yol polisləri..?

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi